Murad Musayev: "Qorxulu heç nə yoxdur"

09:28 - 26 İyul 2023

"Sabah" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə RFŞ-nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev latviyalılarla matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib:

"Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır. 

Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Xəbər xətti