"Sabah"ın Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Partizan"la keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Giorgi Kruaşvili olacaq. Ona həmyerliləri olan yan xətt hakimləri Levan Varamişvili və Zaza Pipia kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını isə Aleko Aptsiauri yerinə yetirəcək.
Qeyd edək ki, "Sabah" - "Partizan" oyunu 10 avqust tarixində saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi