"Sabah"ın oyununun biletləri satışda

12:51 - 5 Avqust 2023

Misli Premyer Liqasının I turu çərivəsində keçiriləcək “Sabah” – “Qəbələ” oyununun biletləri artıq satışdadır. 

Sportal.az xəbər verir ki, Masazır təmsilçisini mövsümün ilk oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən “iticket.az” saytından, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər. Biletlərin qiyməti 1 və 2 AZN-dir.

Biletinizi onlayn almaq üçün: https://iticket.az/events/sport/sabah-fk-qebele-fk/97686

Qeyd edək ki, “Sabah” – “Qəbələ” matçı sabah saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Xəbər xətti