"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyanın "Partizan" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi tarixi oyun ərəfəsində azarkeşlərə səslənib. Rusiyalı mütəxəssis fanatların dəstəyinə ehtiyacları olduğunu bildirib:
"Hörmətli azarkeşlər, bir neçə ildir biz bu arzu ilə yaşayırdıq - avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı avrokuboklarda ev oyunumuzu öz doğma meydanımızda keçirməyimiz üçün böyük iş gördü. Sizin də dəstəyinizlə evdə keçirdiyimiz çətin oyunda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda "Partizan"a qarşı daha bir tarixi oyun gözləyir. Sizin dəstəyiniz böyük təsirə malikdir. Gəlin, 10 avqustda "Bank Respublika Arena"da "Sabah"a dəstək olun. Yolunuzu gözləyirik".
Qeyd edək ki, "Sabah" - "Partizan" qarşılaşması avqustun 10-da saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi