"Sabah" - "Partizan": Mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli oldu

20:25 - 8 Avqust 2023

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də olacaq.

Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.

Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Xəbər xətti