Serbiyanın "Partizan" klubu Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunu şərçivəsində "Sabah"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Belqrad təmsilçisinin baş məşqçisi İqoç Dulyay matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 44 yaşlı mütəxəssis ehtiyatlı oynayacaqlarını bildirib:
"Qorxduğumuz üçün deyil, arxayınlaşmamaq üçün ehtiyatlı olacağıq. Burada olan futbolçular bilirlər ki, onlar "Partizan"a gəliblər. Rəqibimiz çempionatdakı oyununu təxirə salıb. Biz isə bunu etmədik. Çünki oyunlara belə hazırlaşırıq. İstəyirəm ki, sonradan gələn oyunçular komandaya uyğunlaşsın. Biz bunu oyunlar vasitəsilə edirik. İlk matç hər cəhətdən faciə idi, amma məsuliyyəti öz üzərimə götürürəm. Heç vaxt məndən oyunçular haqqında pis bir şey eşitməyəcəksiz. Onlara inanıram və onlar da bizim etdiklərimizə inanırlar.
"Baçka Topola", "Novi Sad", "Radniçkiyə" qarşı matçlarda olduğu kimi, sabah da azarkeşlərin dəstəyinin olması vacibdir. Futbolçular səhv etsələr belə, onlara dəstək olun, bilirəm ki, onlar əllərindən gələni edəcəklər. Öncə iki top fərqini aradan qaldırıb daha sonra üçüncü qolun arxasınca getməliyik. Azarkeşləri bir daha oyuna dəvət edirəm, çünki bu uşaqlar dəstəyə layiqdirlər. "Sabah"ın əla üstünlüyü var. Amma qapalı oynayacaqlarını düşünmürəm. Onlar yaxşı baş məşqçiyə və yaxşı oyunçulara sahibdirlər. Bizi də yaxşı analiz etmişdilər. İnanıram ki, ilk qol vuran tərəf biz olacağıq. Bu, olmasa belə, davam edəcəyik".
saytlarin hazirlanmasi