"Sabah" Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb:
- Komandamız bura qələbə üçün gəlmişdi. Amma oyuna pis başladıq. Bunun da nəticəsini ödədik. İkinci hissədə yetərincə inamlı və yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf biz idik.
- "Partizan"la oyundan sonra komandada sanki ruh düşkünlüyü var. Bu, belədir? "Neftçi" ilə matçda da hiss edildi....
- Mən belə düşünmürəm. "Neftçi" məgər pis komandaydı ki, ruh düşkünlüyü olsun? Gəlin, "Neftçi" və "Partizan" oyunu haqda yox, "Zirə" görüşü barədə danışaq.
- Qələbə üçün nə çatmadı?
- Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq. Qol fürsətlərimiz çox oldu. Məğlubiyyətdən qaçmaq və hesabda önə keçmək üçün də yetərincə vaxtımız var idi. Əsasən də sonuncu fazada, son nöqtəni qoya bilmədik.
- Ayaz Quliyev Rusiyada daha çox intizamsız futbolçu kimi tanınırdı. Bununla bağlı onunla danışmısız?
- Oyun haqda danışa bilərik. Gələn matçda Murad Musayev olacaq, özünüz ondan soruşarsınız.
- Start heyətini Murad Musayev, yoxsa siz müəyyənləşdirmişdiniz? Tellur Mütəllimov start heyətində meydana çıxsa da, özünü doğrultmadı...
- Təbii ki, baş məşqçi və məşqçilər korpusu müəyyənləşdirmişdi. Tellur "Neftçi" ilə görüşdə özünü yaxşı tərəfdən göstərmişdi. Bu oyun üçün məşqlərdə yaxşı idi.
- Sanki oyunun gedişində Murad Musayevlə anlaşmanız yaxşı deyildi. Məsələn, əvəzetmələrdə. Bu, gərginlikdən irəli gəlirdi?
- Bu sizə elə gəlib.
Mirbağırağa
saytlarin hazirlanmasi