“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Ayaz Quliyev bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. Azərbaycan əsilli futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib. Quliyevlə 3 illik müqavilə bağlanıb.
“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.
Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.
Ayaz “Sabah”da 8 nömrəli formada çıxış edəcək.
saytlarin hazirlanmasi