"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Sport24.ru" saytına danışan 39 yaşlı mütəxəssis komandanın yeni transferi Ayaz Qulyev haqda fikirlərini bildirib. Ryusiyalı məşqçi futbolçunun "Sabah"a keçmək istədiyini bildirib:
"Futbolçu ilə danışıqlar kifayət qədər asan keçdi. Ayaz klubumuza keçmək, “Sabah” isə onu öz sıralarında görmək istəyirdi. Əsas məsələ “Ximki” rəhbərliyi ilə həll olunmalı idi. Amma xoşbəxtlikdən oyunçunun "Sabah"a keçmək istəməsi sayəsində bunu kifayət qədər tez həll etdik. Məşqçilər korpusu ilə klubumuzun rəhbərliyinin qarşılıqlı istəyi Quliyevin komandamızın bir hissəsinə çevrilməsinə səbəb oldu".
Murad Musayev Ayaz Quliyev yaxın zamanda Azərbaycan pasportu alacağını da bildirib:
"Məncə, Ayaz yaxın zamanlarda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda olan limiti nəzərə alaraq vacibdir. Məsələnin hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, o, özünün ən yaxşı formasını əldə edərək Azərbaycan millisini gücləndirə biləcək"
saytlarin hazirlanmasi