"Sabah" Rusiyadan daha bir futbolçu transfer etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi "Ximki"dən ayrılan Reziuan Mirzovu transfer etmək istəyir. Bu barədə "Sport24.ru" saytı məlumat yayıb.
30 yaşlı vinger hazırda azad agent statusundadır.
Qeyd edək ki, "Sabah" Rusiyanın "Ximki" klubundan Ayaz Quliyevi transfer edib. Azərbaycan klubu 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi