"Turan Tovuz" "Sabah"ı məğlub etdi

20:34 - 9 Sentyabr 2023

Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sabah" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Turan Tovuz"la qarşılaşıb. "Bank Respublika Arena"da baş tutan matç qərb bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

"Turan Tovuz"un qollarını Belajdi Pusu (2) və Oto Con vurublar. "Sabah"ın heyətində isə Davit Volkov və Kahim Parris fərqlənib.

Xəbər xətti