“Sabah” braziliyalı futbolçusu Hiqor Qabriellə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin fevralında “Sabah”a keçən Hiqor Qabriel 2022/2023 mövsümünün ilk yarısını Belarusun “Dinamo” (Minsk), ikinci dövrəsini isə Ukraynanın “Lvov” klubunda icarə əsasında keçirib.
saytlarin hazirlanmasi