"Sabah" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq.
- 3-4 gün əvvəl də "Sumqayıt"la oyunda ilk hissədə məğlub duruma düşmüşdüz. Amma geridönüş etmişdiz. Bu gen nə alınmadı?
- Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.
- Kahim Parris və Cesse Sekidikaya çox şans verirsiz. Onların performansını necə dəyərləndirirsiz?
- Heç kimi müsbət dəyərləndirə bilmərəm. Çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik.
- Bu məğlubiyyət psixoloji təzyiq yaratmayacaq?
- Peşəm elədir ki, təzyiq hər gün var.
- Yenə qırmızı vərəqə aldınız. Hakimlərin sizinlə problemi nədir?
- Məncə, məndən daha çox onların özləri ilə bağlıdır. Emosiya göstərdiyim üçün qırmızı vərəqə göstərirlər.
Elçin Əlixan
saytlarin hazirlanmasi