Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları

10:41 - 17 Noyabr 2023

Futbol üzrə Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümündə I təsnifat mərhələsinin təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, mərhələnin bütün oyunları Peşəkar Futbol Liqasının "AzPFL" yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

18 noyabr (şənbə)

“Füzuli” – “Lerik”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”, 13:00

“Qusar” – “Şahdağ Qusar”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00

“Göygöl” – “Dinamo”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu, 14:30

19 noyabr (bazar)

“Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Ağdaş şəhər stadionu, 14:00

“Sheki City” – “Kür-Araz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Şəki şəhər stadionu, 14:00

“Baku Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 14:30

20 noyabr (bazar ertəsi)

“Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Binə qəsəbə stadionu, 14:30

Xəbər xətti