Emin Mahmudov: "Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik"

21:21 - 18 Noyabr 2023

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında komandamızın kapitanı Emin Mahmudov iştirak edib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millinin aparıcı üzvü görüşlə bağlı bunları deyib:

"Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Bu görüşdə nəticə qazanmaq istəyirik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".

Xəbər xətti