"Şəmkir" Azərbaycan Kuboku ilə vidalaşdı

17:12 - 20 Noyabr 2023

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu raundun son matçında "Şəfa" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Penaltilər seriyasında rəqibini 5:3 hesabı ilə üstələyən paytaxt təmsilçisi cütün qalibi olub. "Şəfa" II mərhələdə Premyer Liqada mübarizə aparan "Səbail"lə qarşılaşacaq.

Xəbər xətti