"Sabah" "Qarabağ"la matça itkilərlə çıxacaq

13:40 - 23 Noyabr 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qarabağ"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi bu görüşə iki itki ilə çıxacaq. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Kristian Sebalyos və Jarl Marqarita zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" qarşılaşması sabah saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Xəbər xətti