Azərbaycan Kuboku: "Şamaxı" və "İmişli" 1/8 finalda - YENİLƏNİB

15:32 - 30 Noyabr 2023

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

"Şamaxı" "Zaqatala"nı, "İmişli" isə "Mingəçevir"i minimal hesabla məğlub edərək 1/8 finala yüksəlib.

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı” 0:1
Qol:
Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. “İmişli” – “Mingəçevir” 1:0
Qol: 
Həzrət İsayev, 87 (pen)
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu (canlı, “CBC Sport”)

Xəbər xətti