Azərbaycan çempionatında 16 komanda oynayacaq: "Real", "Turan", "İnter"

18:18 - 1 Dekabr 2023

Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümündə çıxış edəcək klublar müəyyənləşib.

Sportal.az xəbər verir ki, yeni mövsümdə 16 komanda mübarizə aparacaq.

Bu, son ölkə çempionu “Birbaşa Bakı”, həmçinin “Abşeron”, “Real Bakı”, “Atəşgah” (Suraxanı), “Dinamo” (Gəncə), “Siyəzən”, “Dirçəliş”, “AzNur”, “ Veteran”, “Baku Fire”, “Zirə”, “Odlar Yurdu”, “İnter”, “Sumqayıt”, “Turan” və “Qalaksi” (Şuşa) klubları oynayacaq.

Yeni mövsüm dekabrın 5-də başlayır. Bütün görüşlər Bakı Tennis Akademiyasında baş tutacaq.

Xəbər xətti