"Sabah" icarə əsasında komandada çıxış edən Kahim Parrislə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi yamaykalı vingerin performansından narazıdır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu 23 yaşlı ön xətt oyunçusunu qış fasiləsində komandadan göndərə bilər. Parris müqavilə ilə məxsus olduğu Kiyev "Dinamo"suna qayıdacaq.
Qeyd edək ki, Kahim Parris mövsümün əvvəlində "Sabah"a keçib. O, komandanın heyətində meydana çıxdığı 11 Premyer Liqa matçında 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi