"Sabah" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Araz Naxçıvan" yaxşı komandadır. Onlarla oyunda özün öz qapına iki qol vurursansa, heç kim günahkar deyil. Günahkar bizik. Nəticə qanunauyğundur.
- Yenidən Yusif İmanova şans verdiniz. Bu, nə ilə bağlıdır? Buraxdığı qolu necə şərh edərdiz?
- Nicat ötən turda zədə almışdı. Buraxılan qola gəldikdə, olmamalı idi.
- Yay transferləri özlərini doğrultmur. Ola bilər ki, ona görə qeyri-stabil çıxış edirsiz?
- Biz özümüz günahkarıq. Çox asandır kimisə günahlandırmaq. "Səbail"lə matçdan sonra oyuna belə köklənməməlisən.
- Qışda yeni futbolçular gətirəcəksiz?
- Xeyr, planımız yoxdur.
- "Alaniya" və "Şinnik"in sizinlə maraqlandığı deyilir. Məsələ nə yerdədir?
- Bu mövsüm ərzində Premyer Liqdan 2-3 yaxşı təklifim olmuşdu. Getsəydim, ora gedərdim. Amma "Sabah"dan getmək istəmirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi