"İrəvan"ın futbolçusu Elşən Abdullayevin "Sabah" klubundan şikayəti təmin olunmayıb.
Sportal.az Apellyasiya Arbitraj Tribunalının qərarını diqqətinizə çatdırır:
1. “İddiaçı Elşən Abdullayevin cavabdeh Sabah Peşəkar Futbol Klubuna qarşı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 07 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.
2. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
3. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
saytlarin hazirlanmasi