"Sabah"dan Yeni il təbriki - VİDEO

17:55 - 25 Dekabr 2023

Qadın və Uşaq Sığınacağında məskunlaşmış valideyn himayəsindən məhrum olmuş uşaqlar “Bank Respublika”nın İT LAB ofisində qonaq olublar.

Sportal.az xəbər verir ki, uşaqlar üçün İT LAB ofisində ekskursiya təşkil edilib, bankın əməkdaşları tərəfindən azyaşlıların yeni il üçün arzuladıqları hədiyyələr onlara təqdim olunub.

Görüşdə “Sabah”ın futbolçuları – Yusif İmanov və Jarl Marqarita da iştirak ediblər. Yeni ildə qapıçı əlcəyi istəyən uşaqlardan birinin arzusunu qapıçımız Yusif İmanov yerinə yetirərək, ona öz əlcəklərini hədiyyə edib. Futbolçular uşaqları bayram münasibətilə təbrik edib, klub tərəfindən hazırlanmış bayram hədiyyələrini onlara təqdim edib, uşaqlarla stolüstü futbol oynayıblar.

Əyləncəli bayram tədbiri azyaşlılar tərəfindən böyük sevinclə qarşılanıb. Bayram şənliyində uşaqlar birlikdə mahnı oxuyub, şeir söyləyib, doyunca əyləniblər.

Tədbirin qida təminatı sponsorumuz “Scalini” tərəfindən həyata keçirilib.

Xəbər xətti