"Sabah"ın icarədə olan futbolçusu Abdulla Xaybulayev komandaya qayıdıb. Son bir ili icarə əsasında Gürcüstanın "Samtredia" klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi Masazır təmsilçisi ilə birlikdə Antalyaya təlim-məşq toplanışına yollanıb.
Azərbaycan U-21 millisinin sabiq üzvünün yenidən icarəyə göndərilmək ehtimalının olub-olmadığı ilə bağlı klubla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən "Sabah"ın mətbuat katibi Elnur Həmidov bildirdi ki, hazırda elə bir variant gündəmdə deyil. Xaybulayev mövsümün ikinci yarısını "bayquşlar"ın heyətində keçirəcək.
Qeyd edək ki, "Sabah" Abdulla Xaybulayevi ötən ilin yanvar ayında "Samtredia"ya icarəyə vermişdi. Orta xətt oyunçusu Gürcüstan təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi