"Sabah" Rumıniya klubuna qarşı

10:48 - 9 Yanvar 2024

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sabah" bu gü n ilk hazırlıq matçında qüvvəsini sınayacaq.

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Rapid" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 18:00-da start götürəcək.

"Sabah" Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqibin adı hələ ki, məlum deyil.

Xəbər xətti