Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın yoxlama matçında üz-üzə gələcəyi növbəti rəqib məlum olub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi "Vorskla" ilə qarşılaşacaq. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.
Oyun 14 yanvar tarixində baş tutacaq. Qarşılaşmanın başlama saatı barədə məlumat verilməyib.
Qeyd edək ki, "Sabah" Antalya toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə Rumıniyanın "Rapid" klubunu 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi