"Fənərbaxça"ya məğlubiyyətdən sonra istefa verdi

12:52 - 11 Yanvar 2024

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Konyaspor"un baş məşqçisi Hakan Keleş postunu tərk edib.

52 yaşlı mütəxəssis Super Liqanın 20-ci turunda "Fənərbaxça"ya 1:7 hesabı ilə məğlub olduqları matçdan sonra istefa verib.

Qeyd edək ki, Hakan Keleş 2023-cü ilin oktyabr ayrından "Konyaspor"u çalışdırırdı. KOmanda Super Liqada 18 xallla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti