"Sabah"ın heyətində itki baş verib.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisinin qapıçısı Rustam Samigullin sıradan çıxıb. 21 yaşlı qolkiper əvəzedicilər liqasının "Zirə" ilə matçında (4:3) zədələnib.
Azərbaycan U-21 millisinin üzvünün rəqiblə toqquşma nəticəsində burnu sınıb. Gənc qapıçı həftə ərzində təkrar müayinədən keçəcək. Həkimlərin rəyindən sonra onun yaşıl meydanlara nə vaxt qayıdacağı tam bəlli olacaq.
Qeyd edək ki, Rustam Samigullin bu mövsüm "Sabah"ın heyətində Premyer Liqada iki matçda meydana çıxıb.
saytlarin hazirlanmasi