"Sabah"dan ayrılan Murad Musayev Rusiya Rusiya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "championat.com" saytına danışan rusiyalı mütəxəssis ayrılığının komandaya fayda verəcəyini düşündüyünü bildirib:
“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynadı və yaxşı nəticələr göstərdi. Komandanın çoxlu qələbələri olub. İndi o həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Avrokuboklara vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün şərtlər var. Bu, çətin qərardır, lakin düşündüm ki, ayrılığım komandaya fayda verəcək. "Sabah" rəhbərliyi getməyimin əleyhinə idi, amma qərarımı vermişdim və hörmətlə yanaşdılar".
saytlarin hazirlanmasi