"Sabah"ın məşqçisi: "Çalışırdıq ki, əks-hücumlarda oynayaq"

22:12 - 8 Fevral 2024

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".

Xəbər xətti