"Qarabağ" əsas forvardına yeni müqavilə təklif edəcək

19:22 - 11 Fevral 2024

"Qarabağ"ın forvardı Olavio Juninyoya Avropa klublarından təkliflər gəlməkdədir.

Sportal.az saytına verilən məlumata görə, “Dinamo”nun da transfer siyahısında yer alan braziliyalı hücumçunun mövsüm sonunda komandasını dəyişib-dəyişməyəcəyi dəqiq deyil. Saytımıza verilən məlumata görə, Ağdam təmsilçisi Juninyonun müqavilə müddətini artırmağı planlaşdırır.

Bununla bağlı, futbolçunun özü ilə də danışıq olacaq. 27 yaşlı hüucmçunun “Qarabağ”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

O, 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib.
 

Xəbər xətti