Aleksandr Kerjakov "Sabah"ın baş məşqçisi təyin oluna bilər.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis Masazır təmsilçisi ilə danışıqlar aparır. Bu barədə "Sport-Express" nəşri məlumat yayıb.
41 yaşlı məşqçiyə Özbəkistandan da təklif olduğu bildirilir.
Aleksandr Kerjakov son olaraq Serbiyanın "Spartak" (Subotiça) klubunu çalışdırırb.
Qeyd edək ki, "Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin "Qarabağ"la oyunundan sonra Murad Musayevlə yollarını ayırıb.
saytlarin hazirlanmasi