"Keçən il "İnter"in finala çıxacağını kim ehtimal edirdi?"

20:47 - 20 Fevral 2024

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan fevralın 21-də ÇL-in 1/8 finalında "Napoli"yə qarşı keçiriləcək oyunu ilə bağlı danışıb.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı futbolçu Kataloniya təmsilçisinin bu mövsüm Çempionlar Liqasındakı uğurlu çıxış şanslarını dəyərləndirib:

"Düzünü desəm, digər komandaları daha çox imkanları və təcrübəsi olan favoritlər kimi görürəm. Amma 1/4 finala yüksəlsək, əla vəziyyətdə olacağıq. Keçən il "İnter"in finala çıxacağını kim ehtimal edirdi? Mən realistəm, amma eyni zamanda bilirəm ki, buna nail olmaq bütün komandalar üçün çətindir. Bununla belə, biz bu yarışa hazırıq".

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” və “Barselona” komandaları arasında ilk oyunu Neapoldakı Dieqo Armando Maradona stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Xəbər xətti