"Mançester Siti" norveçliyə uzunmüddətli müqavilə təklif edəcək

20:49 - 24 Fevral 2024

"Mançester Siti" tezliklə norveçli futbolçusu Oskar Bobbla yeni müqavilə imzalayacaq. 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, skandinaviyalının "şəhərlilər"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Hər iki tərəf yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Bobbun məşqdəki performansından heyran olub. Buna görə də, onu "Brentford"la görüşdə meydana buraxıb.

Norveçli vinger “Mançester Siti”nin heyətində 18 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Bobb iki il ərzində "Siti"nin 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib.

Xəbər xətti