"Real"ın futbolçusu ən yaxşı adına namizədlər arasında

11:34 - 27 Fevral 2024

"Real"ın futbolçusu Gud Bellinqem ilin "Laures Performance" mükafatına namizəddir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ingilis futbolçu ilə yanaşı, namizədlər arasında qadın futbolçular: ispaniyalı Salma Paralluelo("Barselona") və kolumbiyalı Linda Kaysedo("Real"), tennisçi Koko Qauff, çinli üzgüçü Qin Hai Yang və şotlandiyalı idmançı Coş Kerr də yer alıb.

"Laureus World Sports Awards" mərasimi aprelin 22-də Madriddə baş tutacaq.

Qeyd edək ki, Bellinqem bu mövsüm 29 matça çıxıb və 20 qol vurub, 8 assist edib. 

Xəbər xətti