Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununu idarə edəcək

13:54 - 28 Fevral 2024

FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, o, fevralın 28-də Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Tükiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Xəbər xətti