David De Xea İspaniya nəhənginə keçə bilər

15:31 - 28 Fevral 2024

2023-cü ilin yayından klubsuz olan David De Xea yaşıl meydanlara qayıda bilər.

Sportal.az xəbər verir ki, ispaniyalı qapıçının xidmətində "Barselona" maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi azad agent statusunda olan 33 yaşlı qolkiperi pulsuz heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, İspaniya milli komandasının sabiq qapıçısı olan David De Xea 2011-2023-cü illər arasında "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti