"Srvena Zvezda"da oynamış forvard yayda Bakı klubu üçün Azərbaycana gələ bilər

18:49 - 28 Fevral 2024

"Neftçi"nin bu qış "Srvena Zvezda"nın sabiq forvardı Milan Pavkovu heyətinə qatmaq istəməsi ilə bağlı iddialar var idi. 

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” həmin forvardla danışıqlar aparıb. Amma onun qışda komandaya gəlmək ehtimalı baş tutmayıb. Pavkovun "Neftçi"yə keçidi yaya qədər təxirə salınıb. Serbiyalının məhz yayda "ağ-qaralar"la razılaşa biləcəyi və yeni mövsümə Bakı klubunda başlayacağı ehtimal edilir. 

Forvard ötən həftə Səudiyyə Ərəbistanının “Əl-Heyfa” klubundan “Çukariçki”yə keçib. O, buna qədər “Srvena Zvezda”, “Radniçki”, “Voyvodina” klublarında oynayıb. 30 yaşlı hücumçunun “Çukariçki” ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədərdir.

Xəbər xətti