"Qarabağ"a qol vuran futbolçu La Liqa klubunda

19:12 - 4 Mart 2024

"Braqa"nın futbolçusu Alvaro Calo karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Atletik" 24 yaşlı vingerin keçidini həll edib. Bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı ön xətt oyunçusu yayda yeni komandasına qoşulacaq. Onunla 2029-cu ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Alvaro Calo "Braqa"nın yetirməsidir. O, bu mövsüm Avropa Liqası pley-off mərhələsinin Bakıda keçirilən oyununda (2:3) "Qarabağ"a qol vurub.

Xəbər xətti