"Neftçi" həbs edilən fanatlarla bağlı açıqlama yaydı: Şikayət etməyiblər

13:26 - 5 Mart 2024

"Neftçi" klubun bazasına hücum edən fanatların həbsi ilə bağlı açıqlama yayıb.

Sportal.az klubun mətbuat xidməti vasitəsilə yaydığı açıqlamanı təqdim edirik:

"Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” PFK heç bir şikayət bildirməmişdir. Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb etmişdir".

Qeyd edək ki, məhkəmənin qərarı ilə "Neftçi"nin bazasına hücum edənlərdən biri 30, digəri 15 sutka inzibati qaydada həbs olunublar. İki nəfər isə cərimə edilib.

Xəbər xətti