"Araz-Naxçıvan" "Turan Tovuz"la matça 3 itki ilə çıxacaq

22:19 - 9 Mart 2024

Misli Premyer Liqasının XXVI turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

Sportal.az xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş CBC Sport-la canlı yayımlanacaq.

Xəbər xətti