"Qəbələ" "Araz-Naxçıvan"la oyuna itkisiz çıxacaq

12:49 - 16 Mart 2024

“Qəbələ” Misli Premyer Liqasının XXVII turunun “Araz-Naxçıvan”la səfər oyununun hazırlıq prosesini başa vurub.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb. Komandanın heyətində itki yoxdur.

Xatırladaq ki, bu gün “Liv Bona Dea Arena”da baş tutacaq “Araz-Naxçıvan” - “Qəbələ” qarşılaşması saat 18:30-da başlayacaq.

Xəbər xətti