AFFA U-11 liqasında mübarizə aparan "Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırıb.
Sportal.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar verib.
U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
saytlarin hazirlanmasi