"Sabah"ın U-19 komandasının üzvü Oluvaseun Timilehin Premyer Liqanın 29-cu turunun "Turan Tovuz"la səfər matçında (0:2) əsas komandanın heyətində debüt edib.
18 yaşlı nigeriyalı hücumçu oyundan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Azərbaycana transferin necə baş tutdu?
- Bu qərarı verərkən çox da düşünmədim. Qərarımın düzgün olduğunu fikirləşirəm. Bura gələndən sonra bir daha əmin oldum.
- Əvəzedici və U-19 komandasında 14 qol vurmusan. Atmosferi necə dəyərləndirirsən?
- Əvəzedici komandada daha çox əsas komandanın sisteminə uyğun futbol oynayırıq. U-19-da isə əsasən taktiki futbol sərgiləyirik. Bir az fərq var.
- "Sabah"da hədəflərin nədir?
- Hazırda əsas hədəfim U-19 komandası ilə Gənclər Liqasında çempion olub, UEFA Gənclər Liqasında iştirak etməkdir. Düzdür, hələ qarşıda oyunlar çoxdur. Şəxsi hədəflərimə gəldikdə isə, öz üzərlərimdə daha çox işləməli və inkişaf etməliyəm ki, özümü böyük səhnələrdə göstərə bilim.
- Əsas komandada debüt etdin. Təəssüratların necədir?
- Əlbəttə ki çox gözəl hisslərdir. Bunu həyata keçirmək xəyalım idi. Bu, hər gənc oyunçunun arzusudur. Əfsuslar olsun ki, debütüm uğurlu olmadı və məğlub olduq. İnanıram ki, öz üzərimdə çalışmaqla gələcəkdə əsas komandada daha çox yer ala biləcəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi