Aleks Souza "Sabah"ın tarixinə düşdü

13:05 - 8 Aprel 2024

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.

Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb.

Xəbər xətti