"Qalatasaray" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

19:52 - 9 Aprel 2024

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Genk"də çıxış edən Matias Qalarsa ilə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızlar"ın baş məşqçisi Okan Buruk argentinalı yarımmüdafiəçini komandasında görmək istəyir. "Qalatasaray" rəhbərliyi 22 yaşlı orta xətt oyunçusu üçün Belçika klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Matias Galarsa bu mövsüm "Genk"in heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti