"Arsenal" braziliyalı üçün hərəkətə keçdi, "Mançester Yunayted" rəqib oldu

10:49 - 12 Aprel 2024

"Arsenal" "Vulverhempton"un futbolçusu Juan Qomeş üçün hərəkətə keçib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "Mançester Yunayted"in də istədiyi portuqaliyalı London klubuna keçməyə müsbət yanaşıb.

"Vulverhempton" Juan üçün "topçular"dan 28 milyon avro tələb edir. "Arsenal" məbləğin yüksək olduğunu əsas gətirib, "Mançester Yunayted" isə 30 milyon da ödəməyə razıdır.

23 yaşlı portuqaliyalı 2023-cü ilin yanvarında 18,7 milyon avro qarşılığında "Flamenqo"dan "Vulverhempton”a transfer olub. 

O, İngiltərə Premyer Liqasının cari mövsümündə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti