Paytaxt klubu ispaniyalı hücumçunu buraxmayacaq

11:18 - 12 Aprel 2024

"Atletiko" Alvaro Morata ilə bağlı qərarını qətiləşdirib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid klubu təcrübəli forvarda yeni müqavilə təklif edib.

Bu mövsüm "Atletiko"nun heyətində 42 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edən Morata özü də, bu təkliflə razılaşıb və komandada qalmağa razılıq verib.

Tərəflər arasında imzalanan müqavilə isə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti