"Liverpul" niderlandlı məşqçi ilə danışıqlara başladı

19:50 - 23 Aprel 2024

"Liverpul" Yürgen Kloppdan sonrakı dövr üçün baş məşqçi postuna axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki. Xabi Alonso və Ruben Amorimlə danışıqlar uğursuz nəticələndikdən sonra İngiltərə klubu başqa mütəxəssisi gündəminə alıb. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Mersisayd təmsilçisi hazırda "Feyenoord"u çalışdıran Arne Slotu baş məşqçi psotuna gətirmək istəyir. "Liverpul" artıq niderlandlı məşqçi ilə ilkin danışıqlara start verib.

Qeyd edək ki, Arne Slot 2021-ci ilin yayından "Feyenoord"u çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm ölkə çempionu olub. Rotterdam təmsilçisi cari mövsümdə isə lider PSV-dən 9 xal geridə olmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti