Krunoslan Renduliç: "Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq"

20:57 - 27 Aprel 2024

"Sabah" Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir. Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düsünəcəyik.

- Ötənilki "Sabah"ı yaya qədər görə bilərik?

- Ötən mövsümdəki komanda ilə bu komanda eyni deyil..

- Daha yaxşı "Sabah" görmək üçün nə qədər vaxt lazımdır?

- Bu, bir prosesdir. Mən bura gələndə hər şey mükəmməl deyildi. Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri həll edə bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik.

- Son iki oyunda Yusif İmanova şans verirsiz. Bu oyundan sonra demək olar ki, əsas qapıçı Yusifdir?

- Bizim üc qapıçımız var. Onların üçü də yaxşı çalışır. Təəssüf ki, yalnız birini seçə bilirik. Hazırda növbəti oyunlarda qapıçını dəyişmək üçün səbəb yoxdur. Amma Yusif arxayınlaşmalı deyil. Kim layiqdirsə, oynayacaq.

- Keyfiyyətin artması üçün Premyer Liqada komanda sayının artması vacibdir?

- Mənim fikrimcə say artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır.

- Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarına xorvat məşqçilərin gələcəyi deyilir. Bununla bağlı sizin fikirlərinizi öyrənən olub?

- Xeyr, olmayıb. Bu barədə eşitməmişəm.

Elçin Əlixan

Xəbər xətti